Reklam verin!
Düşündüyümüz dilimizdədir!

Adını demokratik qoyan bütün quruluşların konstitusiyaları hakimiyyətin xalqa məxsus olduğunu bəyan edir. Bizim məmləkət də istisna deyil - adımız demokratikdir. Deməli, hakimiyyət xalqa məxsusdur, deməli, hakimiyyət mənəm, sənsən, taksi sürücüsü Cəfərağadır, rayon zəhmətkeşi Məxmər xaladır, dükançı Abbasəlidir və s. Yaxşı, hakimiyyət biziksə, biz bunu necə idarə edə bilərik, necə hökm edə bilərik? Bunun da çəmi var - biz, yuxarıda göstərilən şəxslər bir nümayəndə seçməliyik və onların vasitəsilə dövləti idarə etməliyik. Xalqın seçdiyi nümayəndələr, vəkillər bir yerə yığışmalı, məclis təşkil etməli və bizim - xalqın (seçicilərin) göstərişi və diktəsi ilə qanunlar yaratmalı və digər bu kimi işlərlə məşğul olmalıdır.

Adını demokratik qoyan bütün quruluşların konstitusiyaları hakimiyyətin xalqa məxsus olduğunu bəyan edir. Bizim məmləkət də istisna deyil - adımız demokratikdir. Deməli, hakimiyyət xalqa məxsusdur, deməli, hakimiyyət mənəm, sənsən, taksi sürücüsü Cəfərağadır, rayon zəhmətkeşi Məxmər xaladır, dükançı Abbasəlidir və s. Yaxşı, hakimiyyət biziksə, biz bunu necə idarə edə bilərik, necə hökm edə bilərik? Bunun da çəmi var - biz, yuxarıda göstərilən şəxslər bir nümayəndə seçməliyik və onların vasitəsilə dövləti idarə etməliyik. Xalqın seçdiyi nümayəndələr, vəkillər bir yerə yığışmalı, məclis təşkil etməli və bizim - xalqın (seçicilərin) göstərişi və diktəsi ilə qanunlar yaratmalı və digər bu kimi işlərlə məşğul olmalıdır.
   Mən bu xalqın bir üzvü, bəstəkar, musiqi psevdo-industriyasının tərkib hissəsi olaraq, aylarla üzərində işlədiyim teatr musiqisindən aldığım iki yüz manatdan otuz dörd manatını vergi verməliyəm ki, seçdiyim nümayəndəm gedib vaxtını başqa işlərdən pul qazanmağa sərf etməsin, yalnız dövləti idarə etsin (Konkret olaraq parlamentdə məni - Rövnəq Abdullayev təmsil edir; nəzəri olaraq mümkündür ki, mən ona qanunvericilikdə bəyənmədiyim şeylərin dəyişdirilməsinə kömək etməsi ilə bağlı müraciət edim və s.)
   İndi gəlin görək, hakimiyyət həqiqətənmi xalqa məxsusdur?
   Tutaq ki, kirayədə qalan taksi sürücüsü Cəfərağanın arzusu ona məxsus olacaq bir evdir. Ona məxsus evə sahib olmaq üçün isə hər şeydən əvvəl taksiçi Cəfərağa o evi - ehtiyac duyduğunu istəməlidir, sonra dost-tanışla, başı çıxanlarla məsləhətləşməlidir və s.
   Amma bizdə xalq hakim olmaq, dövləti idarə etmək istəmir; istəsəydi, onun üçün parlament və bu kimi institutların çox böyük əhəmiyyəti olardı, o, seçki barədə düşünərdi, seçkidə fəal olardı, nəticələrini heç olmasa özü üçün saf-çürük edərdi. O, dövləti idarə etmək istəsəydi, ayağını iki başmağa dirəyib seçdyi nümayəndəni görüşə çağırardı - ondan nəyisə tələb edərdi, nəyə görəsə təşəkkür edərdi və ya iradını bildirərdi.
   İstəmirsə, deməli xalqımızın dövləti idarə etməyə ehtiyacı yoxdur. Zatən, dünyadakı bütün inqilab və çevrilişlər, reformasiyalar və dəyişikliklər hər hansı bir ictimai ehtiyac ucbatından yaranıb. Burada çoxlu səbəblər göstərmək olar: məsələn, xalqın tarixən parlament ənənəsinin olmaması. Axı doğrudan da, Nadir şahın Muğanda çağırdığı qurultaydan başqa bizim tariximizdə oxşar hallar yoxdur (Yeri gəlsə, o qurultay da xalqın yox, əsilzadələrin məclisi olub). Amma xalqın ənənəsi olmasa, da təcrübəsi olub axı, 1-ci Respublika, Azərbaycan SSR zamanında parlamentimiz olub, bir şeylər öyrənə bilərdik - əgər istəsəydik. Belə çıxır ki, bizim xalqın dövlət idarəçiliyinə ehtiyacı olmaması onun siyasi savadsızlığından irəli gəlir - siyasi savadsızlıq isə ümumi savadsızlığın tərkib hissəsidir - bu sahəyə isə hal-hazırda məsul şəxs təhsil naziridir.
   Məsələn, əgər ölkədə normal təhsil sistemi olsaydı, başları dünyadakı elmi yeniliklərlə deyil, rüşvət kimi şərəfsizlikliyə qarışan müəllimlər olmasaydı, insanların (həm də siyasi) savadı artardı və vətəndaşlar özlərinə bütün dövrlərin ən məşhur suallarından birini “MƏNİM VERGİM HARA GEDİR?” sualını verərdilər! Təhsil sisteminin başqa günahı da dünyadakı (xüsusilə də keçmiş SSRİ məkanındakı) AZƏRBAYCANLI obrazıdır. Niyə bizi intellektual səviyyəsi aşağı, danışığını bilməyən, etikadan bixəbər kimi tanıyırlar? Mövzudan yayınmayaq…
   Bəli, MƏNİM VERGİM HARA GEDİR?!
   İnsanlara bu sualı öyrətsək, onlar çox şeylər tələb edəcəklər - məmura “SƏNİN MAAŞINI MƏN VERİRƏM” deyəcəklər! Rüşvət almaq bəhanəsi ilə maaşın az olduğundan isə məmur xalqa yox, dövlətə gileylənməlidir! Yazını burda saxlayıb, problemlərin arxasını həll etməyi parlamentimizə - nümayəndələrimizə saxlayaq.
   Yeni iliniz mübarək!

http://almaqezeti.com/?mod=view&id=2334


Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: Yanvar 5, 2008 23:22 | Köşələr | Şərhlər(0) | Baxış sayı: 83

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha