Reklam verin!
Düşündüyümüz dilimizdədir!

Son günlər mətbuat səhifələrində Sovet İttifaqının yaxşı və ya pis olması, bizə xeyri olub-olmaması barədə dürlü-dürlü fikirlər söyləndi, polemikalar açıldı...
Açığı, mən Rus padşahlığını daha çox bəyənirəm, nəinki SSRİ-ni.
Çünki Romanovlar zamanında bizim daha böyük insanlarımız yetişdi, nəinki sonrakı dövrdə.
Rusiya İmperiyasında biz bir xalq olaraq təbii inkişafımızda idik: Maarifçilik hərəkatı vardı, öz içimizdən çıxan, təbii inkişafla yetişən ziyalılarımız mövcud idi.
Təsəvvür edin: Üzeyir bəy, Hüseyn Cavid, Mirzə Cəlil və ya Həsən bəy Zərdabi hara... Səməd Vurğun, Süleyman Rüstəm, ya da Cövdət Hacıyev hara.
Gəlin Səməd Vurğuna lupa altında baxaq:

Son günlər mətbuat səhifələrində Sovet İttifaqının yaxşı və ya pis olması, bizə xeyri olub-olmaması barədə dürlü-dürlü fikirlər söyləndi, polemikalar açıldı...
Açığı, mən Rus padşahlığını daha çox bəyənirəm, nəinki SSRİ-ni.
Çünki Romanovlar zamanında bizim daha böyük insanlarımız yetişdi, nəinki sonrakı dövrdə.
Rusiya İmperiyasında biz bir xalq olaraq təbii inkişafımızda idik: Maarifçilik hərəkatı vardı, öz içimizdən çıxan, təbii inkişafla yetişən ziyalılarımız mövcud idi.
Təsəvvür edin: Üzeyir bəy, Hüseyn Cavid, Mirzə Cəlil və ya Həsən bəy Zərdabi hara... Səməd Vurğun, Süleyman Rüstəm, ya da Cövdət Hacıyev hara.
Gəlin Səməd Vurğuna lupa altında baxaq: o, ölkə ziyalısı ola bilməzdi – olsa-olsa, yaxşı əyalət ziyalısı idi. Hərdənbir ona qonaq getmək, araq içmək, ova çıxmaq olardı. O da bizlər üçün vəhşi təbiətə daha yaxın olan poeziyasından seçmələr oxuyardı, bir sözlə keyf verərdi. Hətta mən razıyam ki, elə bir məclisə özümlə tar da aparardım, 1-2 muğam çalıb, camaatı feyziyab edərdim...
Amma reallıqda nə oldu?
Səməd Vurğun - ölkə ziyalısı oldu, bizi yad ölkələrdə təmsil etdi və s. Oysa bizi təmsil etməyə Mirzə Cəlil, Hüseyn Cavid, Haqverdiyev və s. vardı...
Sovet dövründə araya-ərsəyə çıxardığımız ən böyük bəstəkarımız - Qara Qarayev oldu. O da təhsilini Moskvada alıb. Hələ mən demirəm, musiqi sahəsi digər sahələrə nisbətən Üzeyir bəyin sayəsində bir az irəli getmişdi, amma Bakıda təhsil alan kadrlardan heç biri Qara Qarayev səviyyəsinə çatmadı. Qara Qarayev də əslində rusca danışırdı, rusca düşünürdü, nə olsun ki, adı azərbaycanlı idi, Azərbaycan musiqisi yazırdı.
Təbii, əslində modern bir proyekt olan SSRİ-də müəyyən proqressiv ideyalar da vardı, amma strategiya düz deyildi:
Təhsil... Hər tərəfdə məktəblər, texnikumlar, institutlar açıldı, amma xeyri nə oldu?
Axı məktəb, elm, təhsil, ümumiyyətlə, hər şey bir ehtiyacdan doğmalıdır. Vardımı bizdə o ehtiyac? Özbəklərdə, qırğızlarda vardımı? - Yox idi!
Əvvəlcə xalqa təhsil nə olduğunu, nə işə yaradığını göstərmək lazımdır ki, toplum özü onu istəsin, tələb etsin. Yoxsa ucqar kənddə nə qədər istəyirsənsə məktəb aç... Heç bir xeyri olmayacaq, heç olmadı da.
Sovet İttifaqının totalitar sistemi insanlara ucdantutma eyni şəraiti yaratsa da, onların inkişaf səviyyəsini qiymətləndirmirdi – biz bir toplum olaraq 1922-ci ildə ruslarla, gürcülərlə eyni səviyyədə deyildik axı. Biz axı fərqli inkişaf yolu keçmişdik. Birdən-birə başımızın üstünü alıb dedilər ki, özünüzə bir-iki klassik, bir-iki dənə də tarixi qəhrəman seçin. Görürsünüzmü nə qədər absurd və mənasız təklifdir. Elə buna görədə çaş-baş qaldıq, bilmədik nə edək. Özbəklər Heratda yaşamış Nəvaini, biz isə Bağdadda yaşamış Füzulini özümüzə klassik olaraq seçdik. Oysa, biz bilməliydik ki, əsl azərbaycanlı saya biləcəyimiz Axundov Füzulini necə tənqid edib və biz öz fikir tariximizi Axundovdan başlamalıydıq. Çünki, Axundiv bizim dildə, bizim problemlərdən və ən əsası bizimüçün yazıb.
XIX əsrin ortalarından Rusiya İmperiyasında modernist baxışlar, təşkilatlar yaranırdı. Avropada əsən liberal küləklər St.Petersburg şəhərinin binalarına çırpılaraq üzü cənuba yol alırdı. Bu küləklər geridə qalmış toplumların içərilərində batıb qalmış insanların üstündən toz-torpağı təmizləyir, onlar yavaş-yavaş yuxudan oyanırdılar. İnkişaf başlamışdı, ziyalılarımız Avropadakı kimi dişi-dırnağı ilə mübarizə aparırdı, uzun çəksə də möhtəşəm qələbə gözləməyə dəyərdi... Birdən...! Birdən haradansa gözü eynəkli, əyni şinelli, çiyni tüfəngli insanlar peyda oldular, yarı yuxulu toplumlara uca səslə “Qalx!” əmri verdilər...aralarında qorxudan ürəyi partlayan, qorxudan ürəyi gedən, səksənənlər oldu. Yuxarıda qeyd-etdiyim kimi insanlar çaş-baş qaldılar, bilmədilər bu gələnlər onlardan nə istəyir, bilmədilər onlarla hansı dildə danışsınlar. Çiyni tüfəngli insanlar uzunların başını kəsib, gödəklərin ayağına protez əlavə edib onları zorla bərabərləşdirdilər. Sonra öz yaradıcılıqlarına, bu qəribə yaratıqlara uzaqdan baxarıq “Yaşasın!”, “Ura!” qışqırdılar...
SSRİ proyekti elə əvvəlcədən fiaskoya uğramışdı, Lenin ölümünə yaxın öz səhvlərini anlamış, “Yeni iqtisadi siyasət” haqqında dekret də imzalamışdı. Amma min təəssüf ki, onu da Stalin baltaladı və xalqların təbii inkişafına icazə vermədi.
Nə isə... İndi SSRİ proektinin iştirakçıları...
Baxın nə vəziyyətdədirlər:
Onların demək olar ki, hamısında diktatura hökm sürür, insanlar siyasi və ümumi savadsızlıq bəlasına mübtəla olublar, feodal münasibətlərə qayıdıblar. Ən əsası və ən təəssüfləndiricisi isə budur ki, XXI-ci əsrdə o xalqların demək olar ki, hamısına yenidən MAARİFÇİLİK dərsi keçməyə ehtiyac qalıb.

 http://news.qaynar.info/?mod=view&id=10830


Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: Yanvar 5, 2008 20:17 | Köşələr | Şərhlər(2) | Baxış sayı: 81

Şərhlər

1
gahramanov yazıb:

Doğrusu, Alma qəzetində sizin bir-iki yazınızı oxuduqdan sonra internetdə yazılarınızdan vaz keçməyə və vaxt itirməməyə qərar vermişdim və elə də edirdim. Bloqunuz təzə olduğundan baş çəkdim və (mübahisəli hissələrin olmasına baxmayaraq) bu yazınız pis alınmayıb.

Yanvar 5, 2008 21:59
2
Manıs yazıb:

Təşəkkürlər.
Sizi yazılarımı izləməyə dəvət edirəm. smile

Fevral 20, 2008 20:31

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha