Tutalım bir portuqaliyalı həyatında ilk dəfə Azərbaycan adlı ölkənin mövcudluğundan xəbər tutur. Əlbəttə, bu onu maaşının artırılması xəbəri qədər sevindirməyəcək. Amma maraq xatirinə internet vərəqləyicisinə (browser) www.az yazıb nəticə ilə tanış olur. Təbii ki, tanımadığın ölkənin domeinini düşünərkən ağlına ilk olaraq ölkənin adındakı birinci iki hərf gəlir. Üstəlik, bizim kimi geridəqalmış ölkələrdən fərqli olaraq, Portuqaliyada insanlar informasiyanı 16.8 kbps sürətlə almırlar. Bu, onun cəmi bir saniyə vaxtını alacaq. Budur, səhifə açılır - kiril əlifbası ilə, rusca. Portuqaliyalı dostumuz düşünür: “Hm... Azərbaycan rusların yaşadığı növbəti ölkədir, uzaqbaşı slavyan ölkəsidir”. Beləliklə, artıq bir portuqaliyalı və tanımadığımız daha neçə yüzminlərcə insan ölkəmiz barədə ilk andan yanlış təsəvvürə düşür. Bizim məmurlar da sonra gileylənirlər ki, dünya bizi tanımır, dolma, balaban, “Sarı gəlin”, “Çəhrayı bəy” və s.

Təkcə bu fakt onu deməyə kifayət edir ki, Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasov internet vərəqləyicisinə (browser) www.az yazıb nəticə ilə tanış olmayıb. Hələ mən bilmirəm, cənab nazir ümumiyyətlə, internetdən istifadə edə bilirmi? Pis başa düşməyin, yaşlı adamlar texnologiya ilə o qədər də tez dil tapa bilmirlər...
Nazirliyin saytına girdim - mincom.gov.az. Mən geridə qalmış ölkənin vətəndaşı olduğum üçün informasiyanı 16.8 kbps sürətlə qəbul edirəm və yarım saat gözlədikdən sonra nazirliyin saytının əsas səhifəsindəki qocaman şəkil internet vərəqləyicisinə doldu, “Azərbaycan versiyası”nı tıqqıldatdım - səhifə açılmadı. Bir neçə cəhddən sonra nəhayət ki, açıldı.
Başa düşmürəm, əhalisinin çoxu dial-up istifadəçisi olan ölkənin Rabitə və İnformasiya Texnologiyaları nazirliyi niyə belə ağırtaxtalı sayt düzəldir? Kimin üçün düzəldirsiniz, cənablar? Yoxsa belə edirsiniz ki, heç kim girə bilməsin? Ay-hay...
Azərbaycanda demək olar ki, bütün internet təchizçilərinin saytları rusca açılır:
İntrans - online.az
Adanet - internet.az
Azintex.com
Bir deyil, beş deyil... Hələ mən Azərbaycanın ən böyük və populyar mp3 arxivlərindən birini - mp3-az.com saytını demirəm...
Düzdür, ilk səhifəsi azərbaycanca açılanlar da vardı: azeronline.com, bakinter.net...
Bu məsələnin rusdilli saytlarla qarışdırılmasının əleyhinəyəm. Çünki bizə rusdilli saytlar hava və su kimi lazımdır - elə tək kultura.az saytı dünyadakı rusdilli insanlar arasında bizim nə qədər ayıbımızı örtür, bunu bir saytın oxucuları, bir də Tanrı bilir.
Amma əgər Azərbaycana aid bir sayt iki, ya da üç dillidirsə, amma əsas səhifəsi - indeksi rusca açılırsa, bu, yumşaq desək ayıbdır, vətəndaşa, vətəndaş qədər də dövlət dilinə bir sayğısızlıqdır.
Bunun səbəbləri barədə düşünək - əsas səhifələri rusca açılan sayt rəhbərləri bununla nə demək istəyirlər:
1. Azərbaycanca danışanlar internetdən istifadə edə bilmirlər;
2. Azərbaycanca danışanlar internetdən istifadə ETMƏSİNLƏR, başqa işlə məşğul olsunlar, bu onlarlıq deyil;
3. Azərbaycanca danışan adamlar rusca öyrənsinlər, sonra gəlsinlər;
4. Azərbaycanda azərbaycan dili oturuşmayıb, bu əvəzimizə başqası (məsələn, yuxarıda haqqında danışdığım portuqaliyalı) gəlib etməlidir.
Hansıdır? Buyurun özünüz seçin, ya da başqa variant deyin.
http://almaqezeti.com/index.php?mod=view&id=2461
Açar sözlər: