Reklam verin!
     
 

Manısın bloqu

Düşündüyümüz dilimizdədir!

Mən niyə karikatura çəkməyə məcbur oldum?

Mən əslində bu detalları yazmayacaqdım, amma gördüm ki, insanlar söhbətin nədən getdiyini anlamırlar və elə hey suallar verirlər.

 

1. Prelüdiya. Problemin qaynağı:

            Çoxumuzun tanıdığı bir şəxsin – konkret olaraq İbrahim bəyin, sevgilisi olan bir xanıma yataq təklif etməsi!

            Həll yolları:


1) Mən onunla şəxsən danışa bilərdim - amma məndə adı çəkilən şəxsə qarşı böyük antipatiya yarandığından email yazmaq qərarına gəldim.


2) Karikaturanı onun özünə göndərə bilərdim – elə həmin emaillə göndərdim. Onu sivil biri kimi tanıdığımdan səhvini başa düşəcəyini, üzr istəyəcəyini güman etdim. Amma gümanımda yanıldım. Üzr istəmək əvəzinə 3-cü şəxs tərəfindən mənə “üzr istəməyəcəyi barədə” xəbər göndərdi.

 Üzr istəmək bacarığı.

             Bir insan yanlış bir iş tutub, nəinki yanlış... sevgilisini şəxsən tanıdığı (hətta tanımasa belə) bir qadına yataq təklifi etmək yanlışdan da o tərəfdədir... Tərbiyəsizlikdir! Ona bir yolla başa salmalı idim bunu.

            Ən azı lazımi anda üzr istəməyin vacib olduğunu göstərməliydim, göründüyü kimə buna bir ehtiyac yaranmışdı. Bu zaman da ən sivil yolu – karikatura dərc etməyi üstün tutdum.

            Cəmiyyətimizin problemlərindən biri deyilmi bu? Üzr istəyə bilməmək bacarığı.

            Ümumiyyətlə, siyasi və hərbi məsələlərdə geri çəkilə bilirik... Lütfən, populizm kimi anlamayın, Qarabağda geri çəkilmişik, daxili siyasi hadisələrdə müxalifətin durumu da eynidir. Amma şəxsi məsələlərdə... bir-birimizlə... bunu edə bilmirik! (Bəlkə də bu problemlər bir-birlərindən qaynaqlanırlar)

            Amma gec-tez bunu öyrənməliyik! ( http://almaqezeti.com/index.php?mod=view&id=1265 Alma qəzeti, 4 Aprel 2007)

            İctimai qınaq deyə bir şey də var... Və mən doğru bildiyim bir yolu seçdim.

***

            Avropa məsələsi və ya “mentaliteti bəyənməmək sexual sapıntıdırmı?”

           Qəribədir ki, mövzumuzun qəhrəmanı təklifinə müsbət cavab almayınca Avropada təhsil almış, o coğrafi ərazidə yaranmış və dünyaya yayılmış dəyərləri müdafiə edən, mənsub olduğu cəmiyyətdəki hakim mentalitet barədə isə tənqidi fikirləri olan bir xanıma “bəyənmədiyin azərbaycanlılar kimi hərəkət edirsən” iradında bulunub!

            Buyurun, digər ictimai problem...

            Bu əhvalatdan bir neçə gün qabaq bir həkim dostum onların xəstəxanasında mədəni danışan, “bəli, xeyr, buyurun” və s. kimi ifadələrdən istifadə edən kişi cinsinə məxsus şəxslər barədə təhqir mənasında “petux” ifadəsi işlədildiyini mənə danışmışdı. Bəyəm tək o xəstəxanadırmı?

            Axı cəmiyyətimizdə hələ də mədəni rəftarda bulunan insanlara qarşı bir həqarət hökm sürür. Əgər kişi mədənidirsə “cinsi orientasiyası”nda problem var, qadın mentaliteti bəyənmirsə, deməli sevgilisi olsa da başqası ilə yatağa girə bilər!?

        
***

2. İnterlüdiya. Ciddi saydığım suallara cavablar.

            Qısası, bu karikaturayla ən azı bir insana müəyyən məsələləri aydınlaşdırdığımı düşünürəm, güman edirəm ki, suallar yaranmayacaq. Yaransa və yazının bundan sonrakı hissəsində də onlara cavab tapmasanız cavablandırmağa hazıram!

***

            Xədicə xanıma. :)

            Xədicə xanım, heç bir həftə deyil ki, bərabər iştirak etdiyimiz və tanış olduğumuz bir məclisdə siz mənim digər mahnımı – “Müəllim-rüşvətxor” mahnısını tərifləyirdiniz... Heç onda “Cəlilabad oğlanları”ndan söz salmadınız...

            Bəli, “Cəlilabad oğlanları” şair dostumuz, çoxunuzun tanıdığı Aqşinlə etdiyimiz bir parodiya-experimentdir. Rayonların birinə səfərimiz zamanı o qədər bu tipdə mahnı eşitdik ki, öz-özümüzə “bu adamlar bu mahnıları necə yazırlar?” sualı verdik. Əlüstü əslən Cəlilabadlı Aqşin şeiri, mən musiqini yazdım. Hətta sonra bir yazar dostumuz mahnını hansısa toyxana müğənnisinə təklif etdi. Amma sevinirəm ki, bu janrda bacarığımızın olmaması məlum oldu. J Yazdığımdan utanmıram – kimin marağı varsa, o parodiya-experimenti yenidən netə qoya bilərəm, endirib dinləyərsiniz.

            Xədicə xanım, amma mənim yaradıcılığıma marağınız olduğunu hiss etdiyimdən Sizə bir link verirəm, burada bir neçə kompozisiyam var, vaxtınız olanda endirib dinləyərsiniz. – http://mp3.open.az/index.php?s=2394

            Amma xahiş edirəm ikili standartlardan istifadə etməyin. Etsəniz belə, Sizə olan hörmətimdə dəyişiklik etməyəcəyimi düşünürəm. :)

            Hələlik.

 ***

            Ələkbər bəyə.

             Ələkbər bəy, uzun sözün qısası, “insanları çaş-baş saldığım üçün” Siz məndən dəlil-sübut tələb edirsiniz! Bəli, mən elə bu dəqiqə Sizin istədiyinizi edə: haqqında danışdığınız o smsləri də, məktubu da açıqlaya bilərəm. Hadisə iştirakçılarından biri – mənim xanımım da buna icazə verir!

            Amma tərbiyəm və dünyagörüşüm buna icazə vermir ki, digər tərəfin razılığı olmadan onun şəxsi yazışmasını böyük auditoriyaya açıqlayım! Əgər İbrahim bəy də icazə versə, mən nöqtə-vergülünə və qrammatik səhvlərə də əl dəymədən onların (sms`lər və elektron məktublar) hamısını açıqlaya bilərəm! Söz verirəm!

            Karikaturada da İbrahim bəyin fikirlərindən istifadə etmişəm, amma nəzərə alın ki, bu əvvəl onun özünə göndərilib.


            Postlüdiya. Nəticə.

            

            Erkin bəy, Siz əgər onun savaşda iştirakını qabardırsınızsa, tamam, dediyiniz bütün gözəl sözləri onun ünvanına təkrar etməyə hazıram. Buna görə bir vətəndaş kimi, bir neçə il bundan əvvəl bir situasiyada məni müdafiə edənlərdən biri olduğu üçün bir fərd kimi ona təşəkkür də edirəm. Amma heç nə digər insana hörmətsizlik etməyə əsas verə bilməz.

            Dostlar, mənə aid olan şəxsi işi ictimailəşdirməklə cəmiyyətimizin heç olmasa bir və ya bir neçə üzvünə “lazımlı anda üzr istəyə bilmə”“mentaliteti bəyənməməyin əslində sexual sapıntı olmaması” barəsində bir vətəndaş kimi fikirlərimi çatdırmağa çalışmışam!

            Ümid edirəm ki, insanlar mənim niyə belə etdiyimi anlayacaqlar.

            Ümid edirəm ki, heç kimə qaranlıq qalacaq bir detal qalmayıb və məsələni süni şişirtməklə kontekstindən ayıracaq suallar və məktublarla üzləşməyəcəm. Amma qaranlıq qalan nəsə varsa, onlara da aydınlıq gətirə bilərəm.

            Zamanınızı aldığım üçün üzr istəyirəm.

             P.S. Heç kimdən məni müdafiə etmək üçün xahiş etməmişəm və etmirəm də! Heç buna ehtiyacım da yoxdur!


            Sayğılarımla,

            Firudin Allahverdi

            Vətəndaş


manıs     Fevral 27, 2008 17:10
Şərhlər(0)    192 oxunma
Bölməsiz    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

The Original Myspace Map
manıs
Ermənilər barədə - DÜŞMƏN KİMDİR?







  • İndi blogda: 16
  • Keçən ayın hiti: 2665
  • Dünənki hit: 84
  • Bugünki hit: 37
  • Ümumi hit: 16244


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com