Reklam verin!
HostGator
     
 

Manısın bloqu

Düşündüyümüz dilimizdədir!

Təfsir (video)

19 Aprel 2008-ci ildə, Ukraynanın Odessa şəhərində keçirilən "2 gün, 2 gecə" festivalında səslənmiş əsərim.

İfaçılar: "senza sforzando" ansamblı 


 

Əsərin synopsis`i:

Firudin Allahverdi

Klarnet, violin, violonçel və hazırlanmış piano üçün “Təfsir” (2008)


Təfsir - ərəb sözü olub, mənası açıqlamaq deməkdir. Orta əsrlər müsəlman Şərqində müxtəlif elm və

sənət adamları özlərindən əvvəl yaşamış alim və filosofların fikirlərini və nəzəriyyələrini şərh edən

kitablarına Təfsir adı qoyurdular. Bundan başqa müsəlmanların müqəddəs kitabı – Quran`ın da əsrlər

boyu müxtəlif təfsirləri yazılmışdır.

Əsərdə təfsir olunan məsələ - orta əsr şərqində “yaşamış” anonim bəstəkarın fikirləridir. Şərqdə yüz

illərdir ki, mövcud olan əsas musiqi – Muğamlar ayrı-ayrılıqda müxtəlif formalara malik olsalar da, əsas

konturlar bütün muğamlarda eynilədir:

1. Bərdaşt – giriş. Əsasən alətlərin orta registlərində ifa olunan prelyudiya xarakterli musiqi.

2. Maye – tonika. Muğamın bu hissəsi mərkəzi hissə sayılır. Əsasən tonika ətrafında gəzişmə baş

verir.

3. Təsnif – Ərəb sözü olub “bölmək” mənasına gəlir. Muğamın hissələri arasında mahnı xarakterli

ritmik musiqi. (Əsərin bu hissəsində musiqiçilər sanki eyni “Təsnif”i müxtəlif interpretasiyalarda,

“təfsir”lərdə ifa edirlər.)

4. Zil – formanın kulminasiyası. Əsasən Bərdaşt və Maye`dəki musiqi fikirlərinin inkişafı.


manıs     Aprel 27, 2008 0:08
Şərhlər(0)    73 oxunma
Videolar    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

The Original Myspace Map
manıs
Ermənilər barədə - DÜŞMƏN KİMDİR?







  • İndi blogda: 14
  • Keçən ayın hiti: 2665
  • Dünənki hit: 84
  • Bugünki hit: 35
  • Ümumi hit: 16242


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com