Reklam verin!
Düşündüyümüz dilimizdədir!

  

Sivil mübarizə üsulları vətəndaş cəmiyyətinin ayrılmaz hissəsidir. Avropa və Qərb ölkələrində təkcə oturuşmuş qurumlar deyil, ayrı-ayrı fərdlər, kiçik qruplar və yaradıcı insanlar da vaxtaşırı olaraq, baş verən haqsızlıqlara, hüquq pozuntularına qarşı çıxırlar. Bu zaman müxtəlif orijinal aksiyalar, etiraz formaları düşünülür və həyata keçirilir.
   Bu kimi aksiyalar son zamanlar Azərbaycanda da, xüsusən gənclər tərəfindən tez-tez həyata keçirilir. Bu barədə mətbuat çox yazdığından, birbaşa mövzuya keçirik.
   Bir müddət əvvəl təhsildəki korrupsiya hallarına etiraz olaraq rok üslubunda "Rüşvətxor müəllim" mahnısı yazan gənc bəstəkar Firudin Allahverdi bu dəfə yeni bir lahiyəyə başlamaq istəyir.

    "Rüşvətxor müəllim" mahnısının qısa zaman ərzində gənclər arasında populyarlaşması Firudin Allahverdini bir qrup musiqiçiylə birlikdə yeni bir kampaniyaya start verməyə həvəsləndirib. Belə ki, gənc musiqiçilər bu dəfə büdcə oğrularını hədəfə götürüblər. Azərbaycanın sərvətlərini, sadə xalqın haqqını talayanlar yazılacaq yeni mahnıda kəskin tənqid atəşinə tutulacaq. Mahnının sözləri də, musiqisi də artıq hazırdır. Amma məsələ bununla bitmir. Bəstəkar Firdin Allahverdi "Alma"ya verdiyi açıqlamasında bildirdi: "Rüşvətxor-müəllim” mahnısında biz demək olar ki, canlı musiqi alətlərindən istifadə etmədik, buna bizim maddi imkanımız çatmadı və nəticədə mahnının studiya keyfiyyəti çox aşağı oldu. Amma “Büdcə haqqında mahnı”nı ictimaiyyətə daha keyfiyyətli formada təqdim etmək arzusundayıq. İstəyirik ki, mahnının studiya xərclərini və ifaçıların qonorarını məhz sadə xalq ödəsin. Plan da belədir - 1 ay ərzində nə qədər vəsait yığılsa, proyektə o məbləğə uyğun qonaq ifaçılar cəlb edəcəyik və müvafiq keyfiyyətli studiyaya üz tutacağıq. Aksiyanın əsas vurğusu da budur: bu mahnı yalnız 2-3 musiqiçinin deyil, xalqın etirazı olmalıdır."
   Bu məqsədlə gənc yaradıcılar xüsusi bank hesabı da açıblar. Aşağıda bank hesabını təqdim edir və hər birinizi bu kampaniyaya qoşulmağa dəvət edirik.
   
   Adı: Azəriqazbank MB MEİ-də
   Kodu: 505817
   VÖEN: 9900019651
   Müxbir Hesab: 0137010017944
   S.W.I.F.T: BIK: AZEGAZ 22
   
   Adı: Allahverdi Firudin
   Hesab N-si: 380100azm0001837

http://almaqezeti.com/index.php?mod=view&id=3035



Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: İyun 8, 2008 22:21 | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 63

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha