Düşündüyümüz dilimizdədir!
Nadir Qafarzadə məhkəməyə veriləcək. Müğənni icazəsiz mahnı oxumaqda ittiham edilir. Mahnının bəstəkarı Firudin Allahverdinin açıqlamasına görə, publisist Seymur Baycanın «Şokolad kimi» adlı şeirinə yazılmış mahnını N.Qafarzadə 2004-cü ildə almaq istəyib.
O zaman müəllif müğənnidən 400 dollar qonorar tələb edib. Lakin N.Qafarzadə məbləğin çox olmasını bəhanə gətirərək, mahnıdan imtina edib. F.Allahverdi bu günlərdə təsadüfən mahnını Nadir Qafarzadənin ifasında radioların birində eşidib. O, müğənni ilə əlaqə saxlayaraq qonorarını tələb edib. Hətta bildirib ki, 2004-cü ildən bu yana mahnının qiyməti də qalxıb. N.Qafarzadə isə bununla razılaşmayıb. Daş atıb, başını tutub ki, bəs pulum yoxdur: «O, mənə dedi ki, gedin qurban kəsin ki, mən sizin mahnınızı oxuyuram». F.Allahverdi sonda əlavə etdi ki, hazırda vəkili ilə məsləhətləşmə aparır. Iddianın həftəsonu hazır olacağını deyən bəstəkar, yaxın günlərdə N.Qafarzadə ilə məhkəmə zalında görüşəcəyini deyib.Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Açar sözlər:


