Bir neçə gün bundan əvvəl gənc bəstəkarların İsveçrədə keçirilən 4-cü beynəlxalq Pre-Art müsabiqəsinin nəticələri bəlli olmuşdur. Professor Roland Moser`in rəhbərliyi altındakı, Matthias Arter, Boris Previsic və Stefan Wirth`dən ibarət münsiflər heyəti müsabiqəyə göndərilən 500-ə yaxın əsərlə tanış olmuş və ilk üçlüyü açıqlamışdır.
1-ci yer: Firudin Allahverdi (Azərbaycan) – “Paradoxes” əsərinə görə;
2-ci yer: Anita Mieze (Latviya) – “Gleichzeitigkeit" əsərinə görə;
3-cü yer: Dafina Zeqiri (Kosovo)
Bununla əlaqədar azərbaycanlı gənc bəstəkar Firudin Allahverdi Pre-Art təşkilatı tərəfindən 12-29 oktyabr tarixləri arasında İsveçrəyə dəvət olunmuşdur. Bəstəkarın birincilik qazanmış əsəri isə 2008-ci ilin oktyabr ayında “Boswil” ansamblının ifasında İsveçrənin, həmçinin turne şəklində Çexiya, Sloveniya, Polşa və Rusiyanın şəhərlərində ifa olunacaq.
İnformasiya ilə bağlı linklər:
http://pre-art.ch/index.php?musik-1-3-tbl_1_15&w=2
http://www.kuenstlerhausboswil.ch/ensemble-boswil/aktuelles-projekt.html
http://az.apa.az/xeber_Azerbaycanli_bestekarin_eseri_Isvechrede__130758.html
http://kultura.az/articles.php?item_id=20080825093324118&sec_id=3
http://kultaz.com/2008/08/25/firudin-allahverdi-beynelxalq-musabiqenin-qalibi-oldu/
Açar sözlər:


