2007-ci ilin oktyabr-noyabr aylarında Özbəkistanda keçirilmiş beynəlxalq III Omnibus-laboratorium master-klassları çərçivəsində səslənmiş "12 ifaçı üçün Musiqi" əsərimin videosu.
İfaçılar:
"Omnibus" ansamblı,
dirijor Artyom Kim
Açar sözlər:

Mp3.open.az saytındakı səhifəmlə sizləri tanış etmək istədim. Orada 4 ədəd musiqi parçam var, maraqlananlar dinləsinlər. http://mp3.open.az/index.php?s=2394
Açar sözlər:

Samir Sədaqətoğlu və Rafiq Tağının məhkəməsindən görüntülərdə onların hər ikisinin məhkəmədəki çıxışlarını, hakimin qərarını, həmçinin qaragüruhun qışqır-bağırını görə biləcəksiniz.
Açar sözlər:

Milli Olimpiya Komitəsinin (MOK) Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı ilə birgə elan etdiyi “İdman və Olimpiya” mövzusunda mahnı müsabiqəsinə yekun vurulub. Bu haqda “APA-SPORT” agentliyinə MOK-un İnformasiya, Nəşriyyat və Əlaqələr İdarəsinin rəhbəri Camaləddin Rəhmanov məlumat verib.
Davamı...
Açar sözlər:
Murad Köhnəqala
Milli fal
Bu yaxınlarda əlimdə qəzet metroda gedirdim. Qoltuğunda qeyri-müəyyən papka, əynində bahalı kostyum, boğazında al-yaşıl qalstuk, üzü səliqə ilə qırxılmış, manıs bığlı dombaqarın bir kişi mənə tərəf yaxınlaşdı və əlimdəki qəzeti bir dəqiqəliyə ona verməyimi rica etdi. Fikirləşdim ki, bu boy-buxunla, bu papka-geyimlə kişi ən azı universitetlərin birində dərs deyir. Dərs demək nədi, aşağısı rektordu. Sonra fikrimdən döndüm, rektor hara, metro hara? Onlar “cip”də-zadda gəzirlər. Ola bilər, bu kişi muğam ustasıdı, görmürsənmi, üst dodağının lap qurtaracağında nazik bir bığ çəpəri var. Yox əşi, manıs hara, papka hara?..
Davamı...
Açar sözlər:
Qısametrajlı filmlər festivalı - "Bu meydan, bu ekran"

14 Mart 2008, saat 19:00
Aktyorlar evi (Rus Dram Teatrının qarşısı)
1. "Pəri Qala" (rej, İlqar Səffət və Mikayıl Mikayılov), avanqard.
2. "Düyün" (rej. Əli İsa Cabbarov, bəstəkar Xəyyam Mirzəzadə), psixoloji dram.
3. "Yalançılar" (rej. Əbdülqəni Əliyev, bəstəkar Firudin Allahverdi), sosial melodrama.
4. "Qanadlarıma sığal çək" (rej. Samir Kərimoğlu), qara film
Açar sözlər:
Qara Qarayevin ölmündən keçən 25 il ərzində Azərbaycan akademik musiqisində nə baş verdi?
7-18 Mart 2008-ci ildə keçiriləcək bu festivalın əsas konsepsiyası budur. 25 il ərzində yaşamış, yaratmış bəstəkarlardan - bütün nəsillərdən 25 bəstəkar, onların da 25 əsəri seçildi bu festival üçün.
Açar sözlər:
Norveçdən yayınlanan "Azərbaycanın səsi" radiosuna verdiyim müsahibə.
http://www.asr.azerblog.com/2008-ay_03-gun_03-saat_20-deqiqe_00-say_22.azr
“Əgər özümüz meymunuqsa, şərt deyil ki, bunu mədəniyyət adı altında dünyada təbliğ edək”
Davamı...
Açar sözlər:
Qabaqki yazılar
- Kvartet, yoxsa trio?
- Büdcə oğrularına qarşı mahnı!
- "Fokus" jurnalı çapdan çıxdı!
- Azərbaycanı necə tanıyırıq? (oyun)
- Güney Qafqazı necə tanıyırsınız? (Oyun)
- Rostropoviç və biz :) (Video)
- Təfsir (video)
- 12 ifaçı üçün musiqi (Video)
- mp3.open.az (mp3)

