Reklam verin!
Düşündüyümüz dilimizdədir!


 Maraqlı və dərdədəyən elandır, haydı dostlar... ;)

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: Sentyabr 25, 2008 20:30 | Fotolar | Şərhlər(1) | Baxış sayı: 64

  XIX əsrin əvvəllərindəki Rusiya-İran savaşları sonucunda Güney Qafqaz ərazisi hərbi qənimət kimi qalib ölkəyə - Rusiya ilhaq olunanda orada yaşayanlar, yəni bizim əcdadlarımız sayılan 

protoazərbaycanlılar feodalizm dövrünü hələ sona çatdırmamışdılar. Onların sonuncu gördükləri monarx - Nadir şah aşağıların tələbi ilə taxtdan salınmamış, 
saray çevrilişi nəticəsində öldürülmüşdü. Elə bu məntiqə görə də sonralar 
Qacarlar hakimiyyətə gəldiyində İranda dövlət quruluşu dəyişməmiş, 
monarxiya davam etdirilmişdi. Beləliklə, biz Rusiyaya birləşəndə hələ feodalizm 
dövründəydik və bu da təbii idi. XIX əsrin sonları - XX əsrin əvvəllərində təbəəsi olduğumuz Rusiya İmperiyasında erkən kapitalizm 
özünü göstərəndə də biz bir xalq vahidi olaraq bu quruluşu bütövlükdə hiss edə bilmədik, 
çünki yeganə kapitalist şəhəri Bakı idi, əyalətlərin demək olar ki, hamısında 
feodalizm quruluşu hökmranlıq edirdi. Bütün bu səbəblərdən başqa bir də onu 
göstərə bilərik ki, biz İmperiyanın özünün əyaləti idik və kobud formada ifadə 
etsək, yüyənimiz başqasının əlində idi - biz zatən özbaşımıza feodalizmi bitirə bilməzdik.
1918-20-ci illərdə bu torpaqlarda (parlamentli) Respublika üsul-idarəsi yaratmağa cəhd edildi, amma gəlin baxaq: buna bir ehtiyac vardımı?
Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: Sentyabr 21, 2008 16:08 | Köşələr | Şərhlər(0) | Baxış sayı: 38

Tanış olun - "Afro" qrupu... Qrupun ifasında "Barı Naxçıvan" mahnısı.

Mp3`ü endirmək üçün aşağıdakı keçiddən istifadə edin:

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: Sentyabr 19, 2008 3:48 | Elə-belə | Şərhlər(1) | Baxış sayı: 128

 

...amma boynumuza alaq ki, biz çox mədəniyyətsiz cəmiyyətik. Ətrafımıza göz gəzdirsək görərik ki, insanlarımız biri-birləri ilə ünsiyyətlərində necə də qaba və kobuddurlar. Baxmayaraq ki, hamımıza məktəbdə qızıl sözlərdən istifadə etmək öyrədiblər; məsələn, "buyurun", "bağışlayın", "zəhmət olmasa" və s. - amma buna baxmayaraq, cəmiyyətimizin 90 faizi gündəlik məişət həyatında bu sözlərdən istifadə etmir. Bizə elə gəlir ki, bu sözlərdən yalnız televiziyada, kinoda istifadə edirlər. Mən nə qədər insanlar görmüşəm ki, kiminsə ayağını tapdayandan sonra nəinki üzr istəməyib, hətta az qalıb ki, tutub yazığı döysün. Və yaxud bilməyib ki, nə desin. Əvvəla, leksikonunda "qızıl söz" yoxdur. İkimincisi, üzr istəməyi ayıb hesab edir. Üçümüncüsü də, bütün gürcülər knyaz olduqları kimi, azərbaycanlılar da "borzıy"dılar...

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: Sentyabr 1, 2008 3:57 | Köşələr | Şərhlər(0) | Baxış sayı: 58

Qabaqki yazılar

  Yazılar cəmi: 4