Şimaldakı qonşumuzun Gürcüstana qoşun yeritməsindən sonra dünyanın bir çox ölkələrində, eləcə də bizdə Rusiyanın bu hərəkətinə qarşı etiraz aksiyaları başlayıb. Təbiidir ki, artıq bu aksiyalar real həyatdan virtual həyata - internetə də keçid edib. Mənim də bir təklifim olacaq bu barədə, amma təşəbbüsümü yazının sonlarında oxuyacaqsınız. Hələlik isə Rusiya və özümüz barədə uzun zamanlardan bəri yaranmış fikirlərimi sizlərlə bölüşmək istəyirəm.
Davamı...
 Feodalizm sözünün kökü latın dilinə sonradan gəlmiş “feodum”-dan yaranmış “feod” sözündən götürülüb. Orta əsrlər Batı Avropasında ağalar öz vassallarına torpaq sahələri və bu sahələrin üzərində gəzişən canlıları hədiyyə formasında icarəyə verir, əvəzində onların üzərinə bəzi mükəlləfiyyətlər qoyurdular. Məsələn, ağa başqa bir ağanın üzərinə hərbi yürüşə çıxsa feod verilmiş vassal artıq hazır hərbi dəstələrlə onun ordusunda vuruşmalı idi və s.
Davamı...

Adətən Avropa ölkələrinin birində “Azərbaycan Mədəniyyət(sizliy?)i Günləri”, ya da Dünya Azərbaycanlılarının (hansısa) Kongresinin qurultayı keçiriləndə orada mədəniyyətin təbliği adı altında konsertlər və digər tədbirlər keçirilir. Bu konsertlərə və tədbirlərə əsasən kimlər aparılır, fikir vermisinizmi? Muğam triosu, hansısa lokal musiqi alətinin ifaçısı, əcaib-qəraib rəqslər oynayan kollektivlər və s. Xülasə, az-az istisnalar çıxılmaq şərtilə əsasən folklor nümunələrimizi göstərməyə meylliyik.
Davamı...
 5 fevral 2008-ci il Qara Qarayevin Filarimoniyada keçirilən 90 illik yubileyində səhnədə böyük bəstəkarın qızıldan qiymətli sözlərini nəyə görəsə rus dilində (əslində orijinalında) deməyə çalışan, amma rusca məndən betər aksentlə danışdığına görə yeyib-içmək məclislərində tost deyən qafqazlı obrazlara bənzəyən baş nazirin müavini Elçinin telefonunu söndürməyi unutduğu o məşum gün. Bəli, o gün Filarimoniynın ağzına qədər dolu zalında səhnədə danışan yazıçı Elçinin cib telefonuna zəng gələndə bir daha mənə ayan oldu ki, bizim xalqa ucdantutma mədəniyyət dərsi demək lazımdır. Ya da heç deməmək, bəstəkar Elmir Mirzəyevin təbirincə desək Filarmoniyanı kababxanaya çevirmək lazımdır.
Davamı...

В тот знаменательный день, «сливки» общества собрались в Филармонии, по поводу 90-летнего юбилея гения азербайджанской музыки Кара Караева. Как ни странно, храм высочайшего искусства был переполнен до отказа. Скорее по причине того, что мероприятие было организовано по распоряжению Ильхама Алиева. Позабыв предварительно выключить свой мобильный телефон, вице-премьер Эльчин Эфендиев вскочил на сцену и после долгого, нудного монолога, процитировал ценнейшие дневниковые заметки великого композитора. Цитировал он на русском, то есть на оригинале. И самое главное, говорил с акцентом, хуже моего. Вице-премьер напоминал кавказского (точнее грузинского) «тамаду», случайно оказавшегося на сцене филармонии, в окружении зевавших со скуки музыкантов.
Davamı...
Tutalım bir portuqaliyalı həyatında ilk dəfə Azərbaycan adlı ölkənin mövcudluğundan xəbər tutur. Əlbəttə, bu onu maaşının artırılması xəbəri qədər sevindirməyəcək. Amma maraq xatirinə internet vərəqləyicisinə (browser) www.az yazıb nəticə ilə tanış olur. Təbii ki, tanımadığın ölkənin domeinini düşünərkən ağlına ilk olaraq ölkənin adındakı birinci iki hərf gəlir. Üstəlik, bizim kimi geridəqalmış ölkələrdən fərqli olaraq, Portuqaliyada insanlar informasiyanı 16.8 kbps sürətlə almırlar. Bu, onun cəmi bir saniyə vaxtını alacaq. Budur, səhifə açılır - kiril əlifbası ilə, rusca. Portuqaliyalı dostumuz düşünür: “Hm... Azərbaycan rusların yaşadığı növbəti ölkədir, uzaqbaşı slavyan ölkəsidir”. Beləliklə, artıq bir portuqaliyalı və tanımadığımız daha neçə yüzminlərcə insan ölkəmiz barədə ilk andan yanlış təsəvvürə düşür. Bizim məmurlar da sonra gileylənirlər ki, dünya bizi tanımır, dolma, balaban, “Sarı gəlin”, “Çəhrayı bəy” və s.
Davamı...
Adını demokratik qoyan bütün quruluşların konstitusiyaları hakimiyyətin xalqa məxsus olduğunu bəyan edir. Bizim məmləkət də istisna deyil - adımız demokratikdir. Deməli, hakimiyyət xalqa məxsusdur, deməli, hakimiyyət mənəm, sənsən, taksi sürücüsü Cəfərağadır, rayon zəhmətkeşi Məxmər xaladır, dükançı Abbasəlidir və s. Yaxşı, hakimiyyət biziksə, biz bunu necə idarə edə bilərik, necə hökm edə bilərik? Bunun da çəmi var - biz, yuxarıda göstərilən şəxslər bir nümayəndə seçməliyik və onların vasitəsilə dövləti idarə etməliyik. Xalqın seçdiyi nümayəndələr, vəkillər bir yerə yığışmalı, məclis təşkil etməli və bizim - xalqın (seçicilərin) göstərişi və diktəsi ilə qanunlar yaratmalı və digər bu kimi işlərlə məşğul olmalıdır.
Davamı...
Son günlər mətbuat səhifələrində Sovet İttifaqının yaxşı və ya pis olması, bizə xeyri olub-olmaması barədə dürlü-dürlü fikirlər söyləndi, polemikalar açıldı... Açığı, mən Rus padşahlığını daha çox bəyənirəm, nəinki SSRİ-ni. Çünki Romanovlar zamanında bizim daha böyük insanlarımız yetişdi, nəinki sonrakı dövrdə. Rusiya İmperiyasında biz bir xalq olaraq təbii inkişafımızda idik: Maarifçilik hərəkatı vardı, öz içimizdən çıxan, təbii inkişafla yetişən ziyalılarımız mövcud idi. Təsəvvür edin: Üzeyir bəy, Hüseyn Cavid, Mirzə Cəlil və ya Həsən bəy Zərdabi hara... Səməd Vurğun, Süleyman Rüstəm, ya da Cövdət Hacıyev hara. Gəlin Səməd Vurğuna lupa altında baxaq:
Davamı...
Yazılar cəmi: 9
|
|
- İndi blogda: 3
- Keçən ayın hiti: 2665
- Dünənki hit: 84
- Bugünki hit: 22
- Ümumi hit: 16229
|