QayNar: Gənc bəstəkar Firudin Allahverdi Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədova açıq məktub yazıb. "Qaynar.info"-nun məlumatına görə, məktubda Azərbaycan ictimai nəqliyyat sektorunda mövcud olan biabırçılıqlar sadalanır və onların həlli tələb olunur. Bundan əlavə gənc bəstəkar internetdə onun mürciətini dəstəkləyənlər arasında imzatoplama kampaniyasına başlayıb. Hər kəs http://www.petitiononline.com/arnnzm/petition.html səhifəsinə daxil olub, müraciəti imzalaya bilər. Aşağıda isə sizə müraciətin mətnini təqdim edirik:
Davamı...
Açar sözlər:
Bir neçə gün bundan əvvəl gənc bəstəkarların İsveçrədə keçirilən 4-cü beynəlxalq Pre-Art müsabiqəsinin nəticələri bəlli olmuşdur. Professor Roland Moser`in rəhbərliyi altındakı, Matthias Arter, Boris Previsic və Stefan Wirth`dən ibarət münsiflər heyəti müsabiqəyə göndərilən 500-ə yaxın əsərlə tanış olmuş və ilk üçlüyü açıqlamışdır.
Davamı...
Açar sözlər:
Nadir Qafarzadə məhkəməyə veriləcək. Müğənni icazəsiz mahnı oxumaqda ittiham edilir. Mahnının bəstəkarı Firudin Allahverdinin açıqlamasına görə, publisist Seymur Baycanın «Şokolad kimi» adlı şeirinə yazılmış mahnını N.Qafarzadə 2004-cü ildə almaq istəyib.
Davamı...
Açar sözlər:
Sivil mübarizə üsulları vətəndaş cəmiyyətinin ayrılmaz hissəsidir. Avropa və Qərb ölkələrində təkcə oturuşmuş qurumlar deyil, ayrı-ayrı fərdlər, kiçik qruplar və yaradıcı insanlar da vaxtaşırı olaraq, baş verən haqsızlıqlara, hüquq pozuntularına qarşı çıxırlar. Bu zaman müxtəlif orijinal aksiyalar, etiraz formaları düşünülür və həyata keçirilir.
Bu kimi aksiyalar son zamanlar Azərbaycanda da, xüsusən gənclər tərəfindən tez-tez həyata keçirilir. Bu barədə mətbuat çox yazdığından, birbaşa mövzuya keçirik.
Bir müddət əvvəl təhsildəki korrupsiya hallarına etiraz olaraq rok üslubunda "Rüşvətxor müəllim" mahnısı yazan gənc bəstəkar Firudin Allahverdi bu dəfə yeni bir lahiyəyə başlamaq istəyir.
Açar sözlər:
İlk peşəkar kino jurnalı - "Fokus" çapdan çıxdı. Yəqin ki, "bu jurnalı haralardan əldə etmək olar" deyə sualınız yaranıb...
Davamı...
Açar sözlər:

Milli Olimpiya Komitəsinin (MOK) Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı ilə birgə elan etdiyi “İdman və Olimpiya” mövzusunda mahnı müsabiqəsinə yekun vurulub. Bu haqda “APA-SPORT” agentliyinə MOK-un İnformasiya, Nəşriyyat və Əlaqələr İdarəsinin rəhbəri Camaləddin Rəhmanov məlumat verib.
Davamı...
Açar sözlər:
Qara Qarayevin ölmündən keçən 25 il ərzində Azərbaycan akademik musiqisində nə baş verdi?
7-18 Mart 2008-ci ildə keçiriləcək bu festivalın əsas konsepsiyası budur. 25 il ərzində yaşamış, yaratmış bəstəkarlardan - bütün nəsillərdən 25 bəstəkar, onların da 25 əsəri seçildi bu festival üçün.
Açar sözlər:
Qabaqki yazılar
- Kvartet, yoxsa trio?
- Büdcə oğrularına qarşı mahnı!
- "Fokus" jurnalı çapdan çıxdı!
- Azərbaycanı necə tanıyırıq? (oyun)
- Güney Qafqazı necə tanıyırsınız? (Oyun)
- Rostropoviç və biz :) (Video)
- Təfsir (video)
- 12 ifaçı üçün musiqi (Video)
- mp3.open.az (mp3)






